AZƏRBAYCAN DÖVLƏT KUKLA TEATRINDA
FƏALİYYƏT GÖSTƏRƏN “KÜLLÜCƏ ” TEATR-STUDİYASI
Azərbaycan Dövlət Kukla Teatrının sosial-mədəni aksiyalarından biri də uşaq və yeniyetmələrin, sağlamlıq imkanları məhdud istedadlı balacaların cəmləşdiyi “Küllücə” adlı teatr-studiyasıdır. Həssas qrupdan olan balacaların cəmiyyətə inteqrasiyası, onların müxtəlif istiqamətlərdə bilik və bacarıqlarını nümayiş etdirməsi üçün reallaşdırılan bu layihə böyük missiyasını layiqincə icra edir. Ötən il təsis olunan studiyada onlarla uşaq sənətin sirlərini öyrənir, peşəkarlatdan teatr, səhnə, vokal, plastika dərsləri alırlar. Belə ki, bir sıra sosial-mədəni aksiyaları ilə ictimaiyyətin diqqətini bu sahəyə yönəldən, istedadlı əlil uşaq və yeniyetmlərin özünüifadə meydanına çevrilən qocaman teatrın “Küllücə”si "Bahar" adlı ilk tamaşası ilə də diqqət çəkdi. Abdulla Şaiqin əsəri əsasında səhnələşdirilən tamaşa sağlam və əlil uşaqların səhnə performansı kimi baxımlı idi. Fiziki və əqli cəhətdən çatışmazlığı olan 30 nəfər uşaq, yeniyetmə və gənci bir araya gətirən studiya iki qrupda fəaliyyət göstərir. Terapiya, bir növ müalicəvi dərs xarakterli məşqlərdə uşaqlara müvafiq sosial vərdiş və münasibətlər səhnə nümunələri, dramaturji materiallar vasitəsilə təlqin ediləcək. Aktyor, rejissor, vokalçı, xoreoqraflarla yanaşı, psixoloqlar da məşq-tədris prosesində pedaqoq kimi iştirak edirlər.
2018-ci ildən MÜSTƏQİL TEATR kimi fəaliyyət götərir.
Azərbaycan Dövlət Kukla Teatrının direktoru
Rəşad Əhmədzadə
Ünvan: AZ1005,
Azərbaycan, Bakı,
Neftçilər prospekti 36
[email protected]