QOĞAL

                                              

 

            Azərbaycan Dövlət Kukla Teatrının repertuarında özünə möhkəm yer tutan tamaşalardan biri də “Qoğal”dır.
      Tamaşanın quruluşçu rejissoru Rusiyadan dəvət edilən məşhur rejissor Eduard Qaydar, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı Əməkdar incəsənət Xadimi Cahangir Zülfüqarovdur.
Rus xalq nağılı əsasında səhnələşdirilən “Qoğal” daha əvvəl azərbaycanlı azyaşlılara təqdim edilsə də, dəvətli rejissor bu dəfə məşhur nümunəyə fərqli yozum verib.
onu tam yeni, musiqi ilə zəngin bir formada, mətn ilə yükləmədən təqdim edib.

        Bir saatlıq tamaşada uşaqlar kukla oyununun bütün zərifliklərini usta kuklaçı ifalarında izləyə bilirlər.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış tamaşanın premyerası  21 fevral 2014-cü ildə  olmuşdur.