BİR DƏFƏ ŞAMAXI XANLIĞINDA

 

                                         “Bir dəfə Şamaxı xanlığında”
Dili: rus
Yaş həddi: 5+
Birhissəli kukla tamaşası

Müddət: 55 dəqiqə

    Qəhrəmanımız bənnadır. Zəhmətkeş gənc bənna Bilal sən demə illər əvvəl Cadugər tərəfindən edilmiş tilsimi qırır.
Belə ki, Padşaha qəzəblənən Cadugər onun  hayıfını Şahzadədən çıxır və onu tilsimləyir. Qızın bilərziyini tilsimləyir, onu da bir güldanın içinə atır.
Bu minvalla illər keçir. Amma heç kim bu sirrin üstünü aça bilmir. Ta ki Bilal o güldanı sındırana qədər.
Bir gün bir evin damını təzələyən Bilal bu əhvalatı eşidir. Hadisəni ona qoca kəndli danışır. Başı nəql olunan məsələyə qarışan Bilalın çəkici əlindən çıxır və işlədiyi evin eyvanındakı güldana dəyir. Güldan qırılır və bilərzik yerə düşür.
Bununla da tilsim sınmış olur və Bilal o bilərziyi götürüb birbaşa saraya yollanır. Beləcə qızın həyatı xilas edilir.

 

Müəllif: Əliheydər Məmmədov

Quruluşçu rejissor: Anar Məmmədov

Quruluşçu rəssam: Səkinə Zeynalova