DÜYMƏCİK

H.X.Andersen

 

              Məşhur “Düyməcik” nağılının hekayəti hamıya məlumdur: Bir qadının övladı olmur. O isə ana olmaq üçün hey dualar edir. Günlərin bir günü sehrbaz qarı ona bir arpa dənəsi verir və onu dibçəkdə əkməyi tapşırır.

        Qadın arpa dənəsini əkir və qəfildən dibçəkdə laləyə bənzər gözəl çiçək göyərir.
       Gülün içində kiçik bir qız oturmuşdu. Qızın boyu bir düymə boyda idi.
       Buna görə də onu Düyməcik adlandırırlar.
         Onun üçün qoz qabığından yataq, bənövşələrdən döşək, böyük yaşıl yarpaqdan isə yorğan düzəldirlər.

       Bir gecə Düyməciyin yatdığı otağın pəncərəsinin sınıq gözündən içəriyə yekə bir qurbağa hoppanır və qızı görüb bəyənir, onu oğluna gəlin seçir.

        Düyməciyi yatdığı qoz qabığı ilə birlikdə qaparaq öz yanına bataqlığa aparır. Çarəsiz qız kiçik balıqların köməyi ilə eybəcər qurbağadan xilas olur. Macəraları bitməyən Düyməcik sonra mayböcəyi ilə rastlaşır. Onunla da dostluğu baş tutmur. Qış yaxınlaşanda nə edəcəyini bilməyən Düyməcik torpağın altında özünə isti yuva qurmuş mehriban qoca bir çöl siçanını görür. Onlar dostlaşsa da siçovul da onu qonşusu Köstəbəyə ərə verməyə çalışır. Düyməcik buradan da sağaltdığı qaranquş sayəsində xilas olur və Çiçəklər şahzadəsi ilə evlənərək xoşbəxt olur.

      Birhissəli nağıl-tamaşanın müəllifi H. X. Andersen, səhnələşdirəni və quruluşçusu Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı  Vüqar Camalzadədir.

                                Azərbaycan və rus bölmələrində təqdim olunan tamaşanın premyerası 26 mart 2022-ci ildə baş tutmuşdur.