DURNA BALIĞI

 

 

      Rus folkloruna müraciət edən yaradıcı heyət “Durna balığının əmri ilə” adlı nağılın motivləri əsasında “Durna balığı” tamaşasını  hazırlayıb.
Teatrın rus bölməsində hazırlanan bu  tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovadır. Müxtəlif kukla mexanizmləri və canlı aktyor oyununun sintezindən ərsəyə gələn tamaşada balaca teatrsevərlər əsl nağıllar aləminə düşəcəklər.
Rolları teatrın rus bölməsinin aktyorları Rauf Babayev, Lina Məmmədova və Araz Həsənli ifa edirlər.
Onu da qeyd edək ki, bu üçlük tamaşada 7-dən artıq personajı canlandırmaqla eyni zamanda iki kuklanın oyununu ustalıqla təqdim etməyə müvəffəq olub.

Tamaşanın premyerası 12 sentyabr 2017-ci ildə olmuşdur.