ÇİPOLLİNO

 

 

       Coni Rodarinin məşhur «Çipollino» əsəri Kukla Teatrının repertuarında da özünün uğurlu səhnə həyatını yaşayır. Məşhur italyan müəllifin “Çipollinonun macəraları” nağıl-povesti əsasında səhnələşdirilən tamaşa cəsarətli soğancıq (italyan dilindən tərcümədə bu mənanı verir) oğlanın bütün maraqlı xüsusiyyətlərini rəngarəng çalarlarla tamaşaçıya catdırır. Cəsarətli, qorxmaz, qıvraq və ağıllı soğancığın mübarizəsi tamaşanın əsas qayəsidir. Balaca soğancıq daim meyvə-tərəvəzlərin nağıl aləminin qəhrəmanı, onların mühafizəçisi kimi də anlaşılır. Qəddar Limon, zalım Pomidor, lovğa Albalının bütün əməllərini ifşa edir. Sadiq dostları sayəsində qalib gələn soğancıq oğlan bu mənada yaxşı nümunədir. Uşaqlara qorxmazlı, cəsarəti və hər zaman dürüst olmağı təlqin edir.

      Tamaşanın quruluşçu rejissoru Yelena Matsxanaşvili, quruluşçu rəssamı Vaxtanq Koridze, bəstəkarı Şalva Matsxanaşvilidir.

Tamaşanın premyerası 27 sentyabr 2013-cü ildə olmuşdur.