GÖZƏL VƏ BƏDHEYBƏT

 

      Madam Leprens De Bomonun bu əsəri bütün dünyada məşhurdur. Bir neçə bədii və animasiya filmi çəkilən əsər əsasında hazırlanan tamaşa klassik kukla üslubundadır.

    Quruluşçu rejissoru Anar Məmmədov olan tamaşada fərqli texnikalarda hazırlanmış kuklalardan canlı plan oyununa müxtəlif formalar tətbiq olunub.Tamaşanın quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Cahangir Zülfüqarovdur.

Tamaşanın premyerası 10 may 2016-cı ildə olmuşdur.