Abdulla Şaiq
Azərbaycan uşaq ədəbiyyatının banisi sayılan Abdulla Şaiq yaradlıcılığı bizim teatrın repertuarınbda daim xüsusi yerdə olub.
Onun istər uşaq və yeniyetmələr üçün yazdığı əsərlər, istərsə də mənzum nümunələrinin pyes halına salınaraq fərqli səhnələşdirmə və quruluşlarda təqdimatı zaman-zaman cari repertuarda bariz görünüb.Ənənənin davamı olaraq, Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki inklüziv “Küllücə” teatrı da A. Şaiq yaradıcılığına müraciət etdi. Beləcə onun “Gözəl bahar” əsəri əsasında “Bahar” adlı tamaşa ərsəyə gəldi.Tamaşa Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Dövlət Kukla Teatrının birgə layihəsi kimi hazırlanmışdır.
Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarları Röya Hüseynova və Vüqar Camalzadədir.
Tamaşa uşaqlarda təbiətə sevgi, diqqət və bu yolla həyata münasibətlərini, ailəyə, xüsusən də böyüklərinə ehtiramını müəyyənləşdirir.
Birhissəli uşaq tamaşasının premyerası 18 fevral 2020-ci ildə olub və o vaxtdan müəyyən sosial-mədəni aksiyalar çərçivəsində oynanılır.