Teatrsevərlər sevimli uşaq yazıçıları Mirmehdi Seyidzadənin məşhur “Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərini bizim səhnədə xüsusilə sevirlər. Təbii ki, bunun da səbəbi tamaşaya sırf kukla estetikasında teatral yozum verilməsidir.
Yeni tərtibatda hazırlanan tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, səhnələşdirməsi mərhum dramaturq Rəhman Əlizadəyə məxsus tamaşaya müasir kukla texnikalarının köməyi ilə fərqli səhnə həlli verib. Birhissəli kukla tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur. Mərhum bəstəkarın bu tamaşaya yazdığı musiqilər də yeni səsləndirmədə təqdim olunur.