O OLMASIN , BU OLSUN

                                           

Quruluşçu rejissoru  - Elşad Rəhimzadə
Quruluşçu rəssamı    - Lətifə Quluzadə
Kukla ustası              - Tatyana Melnikova


        Dahi bəstəkar, dramaturq, publisist Üzeyir bəy Hacıbəyli «Ər və arvad», «O olmasın, bu olsun», «Arşın mal alan» əsərləri ilə Azərbaycan musiqili komediya teatrının əsasını qoymuşdur.
       Müflisləşmiş Rüstəm bəy gənc, gözəl qızı Gülnaz xanımı qoca baqqal Məşədi İbada ərə verməklə, - Rza bəyin təbirincə desək - «pul dağarcığı» əldə etmək istəyir.Gülnaz xanım isə gənc student Sərvəri sevir.
     Üzeyir bəy bu fabulanın ətrafında Məşədi İbaddan pul qoparmaq istəyən o dövrün çox xarakterik tiplərini - Qoçu Əsgəri, intiligent Həsən bəyi, qəzetçi Rza bəyi, millətçi Həsənqulu bəyi, hambalı toplayaraq çox maraqlı sujet xətti qurub həm vəziyyət, həm də xarkterlər komediyası yaradır.Üzeyir Hacıbəyli «Leyli və Məcnun» muğam - operasında olduğutək «O olmasın, bu olsun» musiqili komediyasında da xalq oyun havalarından, milli muğamlarımızdan növhə və əninlərimizdən məharətlə qaynaqlanıb son dərəcə orijinal duetlər, ariyalar və xor ifaları yaradır.
          «O olmasın, bu olsun» musiqili komediyası bir əsr əvvəl - qadınların hüquqlarının kobudcasına tapdalandığı dövrdə qələmə alınsa da indi də - qadın hüquqlarının mühafizəsinə həsr  olunmuş simpoziumlar, ali məclislər keçirilən müasir zəmanəmizdə də çox aktualdır.
   Məşədi İbad rolunu Respublikanın xalq artisti,Dövlət Mükafatı laureatı Yaşar Nuri və  əməkdar artist , "Qızıl dərviş" mükafatı laureatı Rəhman Rəhmanov ifa edirlər.

  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış tamaşanın premyerası  19 sentyabr 2010-cu ildə  olmuşdur.