ÜÇ CƏSUR

                                                                                                

         Rusdilli tamaşaçıları da unutmayan yaradıcı heyət bu klassik nağıl əsasında hazırlanan tamaşaya “Üç cəsur” adını veriblər. Rus bölməsi üzrə ilk dəfə hazırlanan (tərcümə Q. Məsimov) bu tamaşaya da  Qurban Məsimov quruluş verib. O, Cırtdan, Hadı və Bıdının sıx dostluğu üzərində qurulan səhnə işinə yeni obrazlar əlavə etsə də klassik ana xətti saxlamaqla müasir səhnə həllinə nail olub. Tamaşada rolları Rauf Babayev, Lina Məmmədova, Afət Ağayeva, Adil Dəmirov, Elmira Hüseynova, Araz Həsənli ifa edirlər.

Tamaşanın premyerası 5 dekabr 2017-ci  ildə olub.