ÇƏKMƏLİ PİŞİK

                                                           

 

 

      Şarl Perronun məşhur  “Çəkməli pişik” əsəri kuklaçıların da səhnəsində yer almaqdadır.

Uzun müddətdir ki, repertuarda olan tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Cahangir Zülfüqarovdur.

Xüdbinlik, lovğalıq və yalançılığın komik  oyun üslubu ilə tənqid olunduğu tamaşada Qoca dəyirmançının kiçik oğluna miras kimi qalan pişiyi və onun sayəsində sahibinin zəfərləri ön plana çıxarılır.


Tamaşanın premyerası  26 iyul 2015 -ci il tarixdə olmuşdur.