AĞBABANIN NAILI


                               

 

 

          Azərbaycan xalq nağılı əsasında səhnələşdirilən eyniadlı tamaşanın səhnələşdirmə və quruluşu Qurban Məsimova məxsusdur.

Böyüklərə sayğı, nəsihətlərə əməl etmək kimi vərdişlər aşılayan tamaşa “Sonrakı peşmançılıq fayda verməz” prinsipinə xidmət edir.

       Tamaşada cərəyan edən hadisələr fonunda uşaqlara istənilən çətin vəziyyətdən çıxmağın yolu kimi böyüklərin nəsihətini yadda saxlamaq və ən ağır məqamlarda belə ağıl ilə gücü birləşdirmək təlqin olunur.

      Bir saatlıq tamaşanın quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı  Anar Hüseynlidir.

Tamaşanın premyerası  29 mart 2015-ci ildə olmuşdur.