Sona Quliyeva



Sona Kərim qızı Quliyeva


A.Şaiq adına Azərbaycan Dövlət
Kukla teatrının yüksək dərəcəli artisti

 
    Sona Kərim qızı Quliyeva 11 avqust 1957-ci ildə Bakı şəhərində anadan olub. 53 saylı orta məktəbdə oxuyub. Bakı Kitabxanaçılıq Texnikumunun (1976) və Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakultələrini bitirib (1981-1986).
1982-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında işləyir. Hal-hazırda yüksək dərəcəli artistdir. İyirmi yeddi illik səhnə fəaliyyətində Əyyub Abbasovun «Keçinin qisası» (Şəngülüm), Vaymil Rabadanın «Zəncirlənmiş Pəri» (Qarı), Abdulla Şaiqin «Üç nağıl» (Tülkü və Hacıleylək), Eldəniz Quliyev və Azər Əbilovun «Dədə Qorqud» (Ana), Mirzağa Atəşin «Cırtdan» (Nənə), Mərkəz Qacarın «Dövşanın məhkəməsi» (Bəbir), Həsənağa Hüseynovun «Saz əhvalatı» (Kirpi), «Ulamaqdan mələməyə» (Tülkü və Xoruz), Kəmalə Ağayevanın «Göyçək Fatma» (Ögey ana və Qarı), Rəhman Əlizadənin «Sindibadın xoşbəxtlik adasına səyahəti» (İlan, Şəms Qəmər), Əli Səmədlinin «Cubbulunun çərpələngi» (Qarı), Abdulla Şaiqin «Tıq-tıq xanım» (Nübar), Mişşi Yuxmanın «Həsir oğlan» (Qaranquş), Özel Arabulun «Dəniz dibində zəng səsi» (Süpürgəçi) rollarınında çıxış edib.