Samirə Nəcəfova

                                                       


                  Samirə Aydın qızı Nəcəfova

                                    
                             Abdulla Şaiq adına

                            Azərbaycan Dövlət
                                Kukla Tratrının

                              2-ci dərəcəli artisti



       Samirə Aydın qızı Nəcəfova 23 may 1984-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Rəşid Behbutov adına pianino üzrə musiqi məktəbini bitirib. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr kollektivinin rejissoru ixtisasına daxil olub.  
      2008-ci ildə “Parni iz Baku” KVN-səhnəsində aktrisa kimi fəaliyyət göstərib.
       2009-cu ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında dram artisti vəzifəsində işləyir. Teatra gələn gənc aktyor truppasının içərisində özünə məxsus çalışqanlığı ilə seçilən aktrisalardandır.
       Teatrda  Nicat Kazımovun “Ələddin” tamaşasında cin, dəvə, Şarl Perronun “Qırmızı papaq” tamaşasında çiçək, canavar, qarğa, pişik, Abdulla Şaiqin “Tıq-tıq xanım” tamaşasında nəvə, ”Nağıllar aləmi” tamaşasında ukrayn, barmağlar, kəlağayı, rəqqasə, ”Sizin saat” tamaşasında barmaqlar, rep diyən, ”Düyməcik” tamaşasında kitabın səhvəsi, kəpənəklər, “Cippolino”tamaşasında sinyor pomidor, balqabaq, xiyar, əsgərlər rollarını ifa edib.