Rəhim Rəhimov



Rəhim Məmmədhüseyn oğlu Rəhimov


A.Şaiq adına Azərbaycan Dövlət
Kukla teatrının yüksək dərəcəli artisti

 
     Rəhim Məmmədhüseyn oğlu Rəhimov 24 may 1979-cu ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə 206 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tamaşalar rejissoru fakultəsinə qəbul olub. 2001-ci ildə həmin universitetin teatrşünas ixtisası üzrə magistraturasını bitirib.
     1997-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında işləyir. Hazırda yüksək dərəcəli artistdir. Teatrın səhnəsində Rəhman Əlizadənin «Eramızdan milyon il əvvəl» tamaşasında - Şair, «Ələkbər əmi gülüş planetində» tamaşasında - Ulaq Qoşaşıllaq və Məstan Pusar, Mirzə Fətəli Axundovun «Parisi dağıdanlar» tamaşasında - Şahbaz bəy, Ələkbər Hüseynovun «Səadət quşu» tamaşasında - Hamamçı, Mişşi Yuxmanın «Həsir oğlan» tamaşasında - İt, Eyvind Şayyenin «Od oğlan» tamaşasında - Div, Mirmehdi Seyidzadənin «Cırtdan» tamaşasında - Dəmirbaş, İfrit və Div, Əli Səmədlinin «Cik-cik xanım» tamaşasında - Çoban, Aşıq, İlxıçı və Şah, Nicat Kazımovun «Ələddin» tamaşasında - Məğrib, Özel Arabulun «Dəniz dibində zəng səsi» tamaşasında - Kral və Dənizatı, Aygün Bunyatzadənin «Kral» mono tamaşasında, rus bölməsi üçün Tofiq Ağayevin «Qoçaq Əhməd» - Əhməd, Ələkbər Hüseynovun «Səadət quşu» tamaşasında - Şah və Dərviş, Vilhelm Qaufun «Yalançı Şahzadə» tamaşasında - Labakan, Cani Rodarinin «Çipollino» tamaşasında - Badımcan, Kök, Həkim, Qoca soğan, Kamran Şahmərdanın «Ağ və Qara» tamaşasında - Oğlan, Karlo Qotsinin «Şahzadə Turandot» tamaşasında - Barak, şah Altoum rollarını ifa edib.
2013-cü ildə "FƏXRİ MƏDƏNİYYƏT İŞÇİSİ" döş nişanı ilə təltif olunub.