Rəşad Əhməd-zadə



Rəşad Rüfət oğlu Əhməd-zadə

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru,
" UNİMA " Azərbaycan Milli Mərkəzinin Prezidenti


           Rəşad Rüfət oğlu Əhməd-zadə 3 aprel 1963-cü ildə Bakı şəhərində anadan olub. 172 saylı orta məktəbdə oxuyub (1970-1980). 1980-ci ilin dekabrında Musiqili Komediya teatrında əmək fəaliyyətinə  başlayan Rəşad Əhməd-zadə hərbi xidmətdən (1981-1983) sonra yenə Musiqili Komediya teatrına qayıdaraq  1996-cı ilə qədər səhnə quraşdırıcısı , texnik-radist , işıqçı , butaforçu , inzibatçı , baş səhnə maşinisti , bədii quruluş hissə müdiri, direktor müavini kimi vəzifələrdə işləyib. 1989-1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.
      1996-ildən   Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında direktor müavini vəzifəsində çalışıb.
      2010-cu ilin aprel ayından Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru vəzifəsinə təyin olunmuşdur.2011-ci ilin sentyabr ayında  UNIMA Azərbaycan Milli Mərkəzi  yaradılmışdır.Yarandığı gündən bu mərkəzin Prezidentidir. 
      09 mart 2017-ci il tarixdə  "ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ"  fəxri adına layiq görülmüşdür.