QOÇAQ ƏHMƏD

                                                                                                                                                      Tofiq Ağayev
«QOÇAQ ƏHMƏD»



                   Quruluşçu rejissoru - Ələkbər Hüseynov
               Quruluşçu rəssamı - Lətifə Quluzadə
               Bəstəkarı - Cahangir Zülfüqarovdur.


             Qoçaq Əhməd nağılı repertuarımızda rus dilində təqdim olunur. Bu tamaşada balaca, qoçaq, çevik, mərd, dəcəl bir oğlandan bəhs olunur. Əhməd daima anasına qoçaq olduğunu deyir, amma anası ona inanmır. Əhməd anasına qoçaqlığını sübut etmək üçün meşəyə yollanır. Orada qızıl ilana, qocaya, əcaib ağaca, divə rast gəlir. Qoçaq Əhmədə sehirli qılınc verir və o qılıncın sayəsində qızıl ilana, əcaib ağaca, divə qalib gəlir. Sonra isə evə qayıdır, bütün başına gələn hadisələri anasına danışır. Anası oğlunun bu qədər qoçaq olduğunu bilmirdi, amma meşədən qayıdandan sonra onun qoçaqlıq, mərdlik xüsusiyyətlərini görüb Əhmədə inanır. Elə həmin gündən hamı onu Qoçaq Əhməd deyə çağırır.
Tamaşanın premyerası 2002-ci ildə olub.