Lina Məmmədova



Lina İvanovna Məmmədova

A.Şaiq adına Azərbaycan Dövlət
Kukla teatrının yüksək dərəcəli artisti


           Lina İvanovna Məmmədova 23 aprel 1965-ci ildə Bakı şəhərində doğulub. 1972-1982-ci illərdə 242 saylı məktəbdə oxuyub. Belorusiyanın paytaxtı Minsk şəhərində Mədəni - Maarif Məktəbində özfəaliyyət rəqs kollektivinin bədii rəhbəri ixtisasına yiyələnib (1982-1984). Belorusiyanın (1985-1988), Bakı Neftayırma Zavodunun mədəniyyət evlərində müxtəlif vəzifələrdə çalışıb. Sankt-Peterburq Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Mədəniyyət Universitetini bitirib.
1993-cü ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının rus bölməsində aktrisa kimi işləyir.  Yüksək dərəcəli artistdir. Teatrın səhnəsində Şarl Perronun «Göy saqqal» tamaşasında - Qanavaş, Kamal Aslanovun «Şərq nağılı» tamaşasında - Keçi, «Qızıl almalar» tamaşasında - Simurq quşu, Aleksandr Sergeyeviç Puşkinin «Qızıl xoruz» tamaşasında - Qaraçı qız, Ələkbər Hüseynovun «Səadət quşu» tamaşasında - Aygül, Mirzə Fətəli Axunduvun «Xırs quldurbasan» tamaşasında - Pərzad, Tofiq Ağayevin «Qoçaq Əhməd» tamaşasında - bütün rolları, Vilhelm Qaufun «Yalançı şahzadə» tamaşasında - Şahzadə Ömər, Qrim qardaşlarının «Bremen musiqiçiləri» tamaşasında - Əsgərlər, Köməkçi, Elşad Rəhimzadənin «Nağıllar aləmində» tamaşasında - İspan qızı, Hans Xristian Andersenin «Düyməcik» tamaşasında - Düyməcik, Ana, Cani Rodarinin «Çipollino» tamaşasında - Aparıcı, Moruq, 2 albalı, Kamran Şahmərdanın «Ağ və Qara» tamaşasında - Ana, Oğlan, Mer rollarında çıxış edib.
Hal-hazırda yüksək dərəcəli artistdir. Çox bacarıqlı və istedadlıdır.