Elnur Abbasquliyev


Elnur Mais oğlu Abbasquliyev


Abdulla Şaiq adına Azərbaycan Dövlət
Kukla teatrınin yüksək dərəcəli artisti



      1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram taetrı və kino aktyoru” fakültəsinə daxil olmuş və 2000 - ci ildə universiteti bitirmişdir. 1996-2000-ci illərədək B.Xanızadənin rəhbərlik etdiyi «Dəli yığıncağı» Pantomima teatr-studiyasında, 2000-ci ildən Dövlət Pantomima Teatrında yüksək dərəcəli aktyor işləyir. O, Mehman Musabəyov «Şəngül, Şüngül, Məngül» - (Şəngül), «3 badam,1 qoz» - (2-ci badam), Şeyx Əttar Nişapuri «Uçuş» - (6-cı saliq), Çingiz Aytmatov «Manqurt» - (Nayman döyüşçüsü), Bəxtiyar Xanızadə «Nağaraçılar» - (Şagird nağaraçı), Bəxtiyar Xanızadə «Şərqə səyahət»-(Musiqiçi, Oğru, Konfutsi), Qurban Məsimov «Muğam trio - Dizlər» - (Kaman ifaçısı), Üzeyir bəy Hacıbəyovun «Biz nə tövr iş görürük?» felyetonu əsasında «Dulusçu» - (1-ci mim), A.Kamyu «İnsan» - (Dalandar, Qoca Salomono), Bəxtiyar Xanızadə «Zibillik pərvanələri» - (Skripkaçı), B.Xanı-zadə «Eşq» - (Ulduz, Vərəq), A.Ekzüperi «Balaca şahzadə» - (Qızılgül), Z.Zeynalov «Maska»-(Dairə), Bəxtiyar Xanızadə «Kölgə» - (Tələbə), A.Məmmədov «Korlar» - (Kor) tamaşalarında, R.Həsənoğlu “Böylik dərisi” - (Məzhəkəçi) televiziya tamaşasında, R.Həsənoğlu “Hüseyn Cavid” - (Gənc Şair) filmində, İzzət Əzizov «Qaz» - (Dəli) bədii televiziya tamaşalarında oynamışdır.
E.Abbasquliyev Rusiyada (Moskva, 26-30 aprel 1999. «Azərbaycan mədəniyyət günləri»), Türkiyədə (1999-cu il 18-28 noyabr, 4-cü Ankara teatr festivalı), Gürcüstanda (Tiflis, 17 sentyabr-8 oktyabr 2000. «Qızıl maska» Beynəlxalq teatr festivalı), İranda (Tehran, 4-10 noyabr 2000 I Beynəlxalq Pantomima Festivalında), İranda (Tehran, 3-10 mart 2002. «Dostluq» teatr festivalı), Türkiyədə (17-27 oktyabr 2002, Ankara Ethos Uluslararası Teatr Festivalı), Hollandiyada (9-15 dekabr 2002, Amsterdam. OUD-WEST THUIS BEST Beynəlxalq mədəniyyətlərarası festival), Ukraynada (7-14 may 2003, Kiyev. “Kiyev - Travnevi” 5-ci Beynəlxalq Teatr Festivalı), Tatarstanda (Kazan 30 may-6 iyun 2005 ”Nouruz” Türkdilli xalqların teatr festivalı), Türkiyədə (Trabzon 1-13 may 2006-ci il 7-ci uluslar arası Karadeniz tiyatro festivalı) Beynəlxalq Teatr Festivallarında iştirak etmişdir.
    2009-cu ilin sentyabr ayından Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında işləyir."Zınqırovlu pişik" tamaşasında  (uzunquyruq siçan) oynayır.