Elmar Qəhrəmanov



Elmar Səfər oğlu Qəhramanov

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının
direktor muavini.


  Elmar Səfər oğlu Qəhramanov 15 afvqust 1981-ci ildə Naxçıvan MR Şərur rayonunda anadan olub. 16 nömrəli orta məktəbi bitirib (1994-1998) bundan əvvəlki dərs illərini Şərur rayonunda 1və 2 nömrəli, Bakı şəhərindəki İncəsənət gimnaziyasında oxuyub. 2001- ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə “Kino və dram” aktyorluğu fakultəsinə daxil olub. 1-ci kursdan Abdulla Şaiq adına Azərbaycan Dövlət kukla teatrında aktyor kimi fəaliyyət göstərməyə başlayıb. “Ləpələrin nağılı”, “Maymaq”, “Keçəl pəhləvan” adlı tamaşalarda oynayıb (2001-2002). 2003-cü ildən televiziya kanallarında uşaq verlişlərinin yaradıcılarından biri olub. Bunlardan: Space TV “Bizim Planet”, Lider TV “Quşcığazın hekayətləri”, ATV “Söyüdlü Baxça”, Xəzər TV “Tumurcuq”.Yaratdığı obraz və personajlar: Kukla teatrında- Su atı, ləpələr, İt, rəqqas, kəpənək, oyunbaz. Televiziyada- Maki, Runi, Dunguş, Robot, Nuni, Dumbulu, Ucal, Niquş, Dostum və s. Dəfələrlə filmlərdə ,musiqili kliplərdə, reklam roliklərində iştirak edib. 2006-ci ildən Kukla teatrına direktor müavini təyin olunub.