Cəmilə Allahverdiyeva




Cəmilə Telman qızı Allahverdiyeva


A.Şaiq adına Azərbaycan Dövlət
Kukla teatrının aparıcı səhnə ustası



              Cəmilə Telman qızı Allahverdiyeva 26 oktyabr 1978-ci ildə Sumqayıt şəhərində anadan olub. 33 saylı orta məktəbi 1995-ci ildə bitirib, bir il sonra Azərbaycan Dövlət Mədəniyyə və İncəsənət Universitetinə qəbul olub. Təhsil ala-ala 1997-ci ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına artist vəzifəsinə qəbul olur.
      O, Firidun Qurbansoy və Bəhrəm Basqallının «Canım Qırat, Gözüm Dürat» tamaşasında Dürat, Rəhman Əlizadənin «Ələkbər əmi gülüş planetində» tamaşasında Fitnə Cadu, Hamhamə, Çilli, Kəmalə Ağayevanın «Göyçək Fatma» tamaşasında Göyçək Fatma, Əli Səmədlinin  «Cik-cik xanım» tamaşasında Nənə, Ana, Mişşi Yuxmanın «Həsir oğlan» tamaşasında Bahar, Xanımana Əlibəylinin «Ləpələrin nağılı» tamaşasında Mərcan, Mirmehdi Seyidzadənin «Cırtdan» tamaşasında Hadı, Lalə Haqverdiyevanın «Qız qalası» tamaşasında Dilbər, Özəl Arabulun «Dəniz dibində zəng səsi» tamaşasında Misket balığı, Rəhman Əlizadənin «Fantaziya» Zibeydə, «Tülkünün uçuşu» tamaşasında Hacıleylək, Federika Qarsia Lorkanın «İlbizin mahnısı» tamaşasında İlbiz rollarını ifa edib.
      2006-2009-cu illərdə Azərbaycan Dövlət Gənclər teatrında çalışıb. Həmin illər ərzində oynadığı rollar: «Mürafiə vəkilləri» (M.F.Axundov) Gülsəba, «Məhv olmuş gündəliklər» (İ.Əfəndiyev) Fəridə, «Dünyanın axırı» (R.Əlizadə) III Dəli, Qız, «Tülkünün uçuşu» (A.Şaiq) Hacıleylək, «Sara xatun» (N.Saraclı) Xanbikə, «Su Pərisi» (F.Mustafa) Su Pərisi.
        2009-cu ilin aprel ayından yenidən Kukla teatrında yüksək dərəcəli artist kimi fəaliyyətə başlayıb. Hal-hazırda «Şahzadə Turandot» (K.Qotsi) tamaşasında Şahzadə Turandot rolu üzərində işləyir.2013-cü ildə "FƏXRİ MƏDƏNİYYƏT İŞÇİSİ" döş nişanı ilə təltif olunub.