Afət Ağayeva





Afət Ağadadaş qızı Ağayeva

A.Şaiq adına Azərbaycan Dövlət
Kukla teatrının ikinci dərəcəli artitsi



           Afət Ağadadaş qızı Ağayeva 4 dekabr 1964-cü ildə Bakı şəhərində anadan olub və burada 189 saylı orta məktəbi bitirib (1982-ci il). 1987-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakultəsini bitirib. Respublika sarayında, «Buratino» musiqili teatrında, Z.Tağıyev və BNZ mədəniyyət saraylarında işləyib.
1994-cü ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında redaktor və pedaqoq vəzifələrində işləyib. Hal-hazırda teatrın rus bölməsində dram artisti vəzifəsində çalışır. İşlədiyi müddət ərzində Aleksandr Sergeyeviç Puşkinin «Qızıl xoruz» tamaşasında - Şamaxı gözəli, Vilhelm Qaufun «Yalançı şahzadə» tamaşasında - Şahın xanımı, Ələkbər Hüseynovun «Səadət quşu» tamaşasında - Səadət quşu, Tofiq Ağayevin «Qoçaq Əhməd» tamaşasında - İlan və qəribə heyvan, Hans Xristian Andersenin «Düyməcik» tamaşasında - Ana qurbağa, Cani Rodarinin «Çipollino» tamaşasında - Çipollino, Kamran Şahmərdanın «Ağ və Qara» tamaşasında Polis, İlbiz, Kəpənək, Hacıleylək rollarını ifa edib.
«Düyməcik» və «Çipollino» tamaşalarının ssenari müəllifidir.